İlham Əliyev 2015-ci illə bağlı sərəncam verdi

ilham-eliyev-2015-ci-ille-bagli-serencam-verdi
Oxunma sayı: 4976


Azərbaycan prezidenti İlham Əliyev 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında sərəncam imzalayıb. 

“Qafqazinfo”nun məlumatına görə, sərəncamda aşağıdakı göztərişlər verilib:

“1. 2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilsin.

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə birlikdə 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin”.