İlham Əliyev 4 milyon manat ayırdı- - Sərəncam

ilham-eliyev-4-milyon-manat-ayirdi-
Oxunma sayı: 3080


Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” su elektrik stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən “Arpaçay-2” su elektrik stansiyasının tikintisini başa çatdırmaq üçün Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.