Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Xətai rayonundakı 5 nömrəli Bakı Peşə Liseyində həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.
“Qafqazinfo”nun Azərtac-a istinadən məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib.
Beş nömrəli Bakı Peşə bütün ixtisaslara uyğun emalatxanalar yaradılıb və lazımı avadanlıqla təchiz olunub. Təhsil ocağının geniş akt zalında isə həm rayon, həm də respublika əhəmiyyətli tədbirlər keçirmək mümkündür.
Məktəbin idman zalı da müasir səviyyədədir. Liseydə bu ildən yeni fizika və kimya laboratoriyaları və kitabxana yaradılıb.
2015-2016-cı tədris ilində bir neçə dövlət qurumu və özəl təşkilatın sifarişi əsasında liseydə kadr hazırlığı nəzərdə tutulub.









Son xəbərlər
Son Xəbərlər