İlham Əliyev açılışda

ilham-eliyev-acilisda
Oxunma sayı: 2286


"Qafqazinfo" AzerTac-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev əvvəlcə Bakı Olimpiya Stadionu ətrafında aparılan abadlıq işləri ilə tanış olub.

Olimpiya Stadionu ətrafında 82 min kvadratmetrlik ərazidə geniş yaşıllıq sahəsi salınıb. 68 min tamaşaçı tutumlu stadiona Olimpiya normativlərinə əsasən insanların daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilib. Bu nəhəng idman qurğusu müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçilir və şəhərimizdə həyata keçirilən quruculuq işlərinə bir töhfədir.

Nəqliyyat naziri Ziya Məmmədov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

Qeyd edilibki, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu” stansiyasına qədər yeni avtomobil yolunun inşasının birinci hissəsi layihəyə uyğun olaraq tam başa çatdırılıb. İnşası “Azvirt” MMC tərəfindən aparılan yolun birinci hissəsi əsasən Bakı Olimpiya Stadionu ətrafındakı əraziyə düşür. Burada işlər yüksək səviyyədə həyata keçirilib. Çəkilən yolun ümumi uzunluğu bir kilometrdir və onun hərəkət hissəsi 2-6 zolaqlıdır. Yol boyunca 2 körpü inşa olunub. Birinci körpünün uzunluğu 205, ikinci körpünün uzunluğu isə 162 metrdir.

Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev ərazidə piyadalar üçün nəzərdə tutulan yol ilə də tanış olub.