“Qafqazinfo” xəbər verir ki, sərəncamda bildirilir ki, Məmməd Arif XX əsr Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidinin formalaşdırılması və inkişaf etdirilməsində böyük rol oynayıb. Milli ədəbiyyat tarixinin yaradılmasında yaxından iştirak edən alim respublikada yüksək ixtisaslı elmi kadrların hazırlanması işinə töhfələrini əsirgəməyib. Sərəncamda nəzərdə tutulur ki, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, akademik Məmməd Arifin 110 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
Son xəbərlər
Son Xəbərlər