İlham Əliyev Anıtqəbiri ziyarət etdi - Fotolar - Yenilənib

ilham-eliyev-anitqebiri-ziyaret-etdi
Oxunma sayı: 6888

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Ankarada Türkiyənin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub.

Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib.

Sonra xatirə şəkli çəkdirilib.

Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazıb.