İlham Əliyev Astanada “Müstəqillik” Sarayına gedib - Foto

ilham-eliyev-astanada-musteqillik-sarayina-gedib
Oxunma sayı: 2879

İyulun 4-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə iştirak etmək üçün “Müstəqillik” Sarayına gedib.

“Qafqazinfo” xəbər verir ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dövlət başçısını qarşılayıb.

Sonra Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının iştirakçıları birgə foto çəkdiriblər.