İlham Əliyev başsağlığı verdi -

ilham-eliyev-bassagligi-verdi-
Oxunma sayı: 911


"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, başsağlığında bildirilir:

Tyantszin şəhərində baş vermiş güclü partlayışlar nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirib.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

“Qafqazinfo”