İlham Əliyev Bolqarıstanın baş naziri ilə görüşdü

ilham-eliyev-bolqaristanin-bas-naziri-ile-gorusdu
Oxunma sayı: 679


“Qafqazinfo”nun məlumatına görə, bu yaxınlarda Bolqarıstanda uğurlu səfərini və Baş nazir Boyko Borisovla Sofiyada keçirdiyi görüşü məmnunluqla xatırlayan dövlət başçısı onun ölkəmizə səfərinin və birinci Avropa Oyunlarının açılış mərasimində iştirakının önəmini qeyd edib. 

Görüşdə Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi və genişləndiyi bildirilib, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.