İlham Əliyev BP-nin baş icraçı direktorunu qəbul etdi - Yenilənib

ilham-eliyev-bp-nin-bas-icraci-direktorunu-qebul-etdi
Oxunma sayı: 2125

Prezident İlham Əliyev iyunun 24-də BP qrupunun baş icraçı direktoru Bernard Lunini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

Görüşdə BP şirkətinin SOCAR ilə uzun illər uğurlu əməkdaşlıq həyata keçirdiyi vurğulanıb. Şirkətin bundan sonra da ölkəmizdə fəaliyyət göstərmək niyyəti ifadə olunub.

BP-nin Azərbaycanda yaşıl enerji növlərinə keçidlə bağlı verdiyi töhfə qeyd edilib. Şirkət tərəfindən Cəbrayılda inşa ediləcək 240 meqavatlıq günəş elektrik stansiyasının əhəmiyyətinə toxunulub, bununla bağlı iyunun 4-də Şuşada BP ilə imzalanmış sənədin önəmi vurğulanıb.

Söhbət zamanı gələcək planlar barədə fikir mübadiləsi aparılıb.