İlham Əliyev bp-nin prezidenti ilə görüşdü

ilham-eliyev-bp-nin-prezidenti-ile-gorusdu
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, görüşdə Azərbaycan ilə bp Şirkəti arasında uzunmüddətli uğurlu əməkdaşlığın mövcud olduğu bildirilərək əməkdaşlığımızın strateji xarakter daşımasından məmnunluq ifadə edilib.

Bp Şirkətinin prezidenti Robert Dadli “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda görülən işlər barədə dövlətbaşçısına məlumat verib.

Söhbət zamanı “Şahdəniz” yatağında işlərin uğurla həyata keçirildiyi vurğulandı, əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.