Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ankarada baş verən terrorla bağlı nazirə başsağlığı verən Əliyev bildirib ki, Azərbaycan xalqı hər zaman olduğu kimi bu ağır günlərdə də türk xalqının yanındadır.
Dövlət başçısı qeyd edib ki, dünən prezident Ərdoğan ona zəng edib və Bakıya gələ bilməyəcəyini deyib. Əliyev isə bunu anlayışla qarşıladığı və həmkarına başsağlığı verdiyini xatırladıb.
Son xəbərlər
Son Xəbərlər