İlham Əliyev Cəlilabadda - Video - Fotolar

ilham-eliyev-celilabadda
Oxunma sayı: 11188

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də Cəlilabad rayonunda olub.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevə mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Dövlət başçısı mərkəzdə yaradılan şəraitlə tanış olub.