Azərbaycan Prezidenti İlham Əliyev M.Y.Zabelinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli fəal iştirakına görə Mixail Yuryeviç Zabelin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”.
Qeyd edək ki, Zabelin Milli Məclisin deputatı, Azərbaycanın Rus İcmasının sədridir.
Son xəbərlər
Son Xəbərlər