İlham Əliyev ehtiyat fondundan 3 milyon ayırdı - - Sərəncam

ilham-eliyev-ehtiyat-fondundan-3-milyon-ayirdi-
Oxunma sayı: 2122


Prezident İlham Əliyev Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, beş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Salyan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə qeyd olunan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.