İlham Əliyev Ərdoğana zəng vurdu

ilham-eliyev-erdogana-zeng-vurdu
Oxunma sayı: 1770


"Qafqazinfo" prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə səmimi qəlbdən təbrik edib, ona Türkiyə xalqının firavanlığı və əmin-amanlığı naminə ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb. 

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında strateji əməkdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.