İlham Əliyev Ərdoğanla danışdı

ilham-eliyev-erdoganla-danisdi
Oxunma sayı: 5135

Mayın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan lideri İlham Əliyevə zəng edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələri, regional və qlobal proseslər müzakirə olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin müsbət istiqamətdə irəliləməsindən məmnunluğunu ifadə edib və Türkiyənin prosesi yaxından izlədiyini bildirib.

Türkiyə Prezidenti bölgədə təmin olunacaq ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, eləcə də bölgə ölkələri üçün yeni bir mühit yaradacağını vurğulayıb.

Söhbət zamanı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.