İlham Əliyev Ərəb şeyxi ilə görüşdü - Foto

ilham-eliyev-ereb-seyxi-ile-gorusdu
Oxunma sayı: 4190

Birləşmiş Ərəb Əmirliyində rəsmi səfərdə olan prezident İlham Əliyev vitse-prezident və baş nazir, Dubayın əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüş Şeyxin iqamətgahında baş tutub. Görüşdə Şeyxin yeganə varisi Şeyx Həmdan bin Raşid Əl Maktum da iştirak edib.

Dubay əmiri prezident İlham Əliyevə BƏƏ-nin Marsdakı missiyası ilə bağlı nəşr etdirdiyi kitabını hədiyyə edib.