Prezident İlham Əliyev Finlandiya lideri Sauli Niinistöyə təbrik məktubu ünvanlayıb.
“Qafqazinfo”nun məlumatına görə, məktubda deyilir:
“Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə və dost Finlandiya xalqına ən xoş arzularımı yetirirəm”.