İlham Əliyev həmkarı ilə təkbətək görüşdü- - Yenilənib

ilham-eliyev-hemkari-ile-tekbetek-gorusdu-
Oxunma sayı: 1188


“Qafqazinfo” xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə söykənən ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub. 

Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik bildirilib. Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib.

Söhbət zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin geniş tərkibdə görüşü olub.

***

Martın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Pakistan Prezidenti Məmnun Hüseynin şərəfinə ziyafət verilib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Pakistan Prezidentinin xanımı Bequm Sahiba ziyafətdə iştirak ediblər.