İlham Əliyev həmsədrləri qəbul etdi

ilham-eliyev-hemsedrleri-qebul-etdi
Oxunma sayı: 776

Prezident İlham Əliyev mayın 30-da ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat xidməti məlumat yayıb.