İlham Əliyev hərbi hissənin açılışını etdi

ilham-eliyev-herbi-hissenin-acilisini-etdi
Oxunma sayı: 3792

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 4-də Müdafiə Nazirliyinin Ağstafada yerləşən “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov İlham Əliyevə raport verib.

Dövlət başçısı hərbi hissədə yaradılan şəraitlə tanış olub.