İranda səfərdə olan prezident İlham Əliyev həmkarı Həsən Ruhani ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, görüş barədə İran prezidentinin rəsmi tvitter səhifəsində məlumat verilib. Ruhani görüşdən foto paylaşıb və qeyd edib ki, iki ölkə arasında qardaşlıq əlaqələrinin genişlənməsi üçün heç bir məhdudiyyət yoxdur.
İran KİV-nin yazdığına görə, hər iki dövlət liderinin Tehran-Bakı arasında ticari-iqtisadi əməkdaşlığa dair saziş bağlayacaqları gözlənilir.
Son xəbərlər
Son Xəbərlər