İlham Əliyev İtaliya prezidenti ilə görüşdü

ilham-eliyev-italiya-prezidenti-ile-gorusdu
Oxunma sayı: 753


“Qafqazinfo” xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Corco Napolitanoya, İtaliyanın rəsmi şəxsləri Prezident İlham Əliyevə təqdim edilib.

Sonra dövlət başçılarının geniş tərkibdə görüşü oldu.

Görüşdə Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edilib. Ölkələr arasında əlaqələrin Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı baxımından önəmi vurğulanıb. Azərbaycanın Avropa Şurasında, İtaliyanın Avropa İttifaqında sədrliyi dövründə səylərin əlaqələndirilməsinin vacibliyi qeyd edilib.

Söhbət zamanı energetika sahəsində əməkdaşlığın uğurlu inkişafı vurğulanıb, hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verdiyi bildirilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdən sonra İtaliya Prezidenti Corco Napolitanonun adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə nahar verilib.