“Qafqazinfo” xəbər verir ki, Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Monako Knyazı II Albert İlham Əliyev ilə müxtəlif vaxtlarda keçirdiyi görüşlərini xatırladıb. 2015-ci ildə ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının önəmini qeyd edən Monako Knyazı bu böyük idman tədbirinin uğurla təşkil olunacağına əminliyini ifadə edib.
İ. Əliyev Monako Knyazı II Albertin ölkəmizə səfərinin Azərbaycan ilə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını deyib. 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına toxunan Prezident İlham Əliyev az vaxt qalmasına baxmayaraq, bu idman tədbirinə hazırlıq proseslərinin uğurla həyata keçirildiyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Monako arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Son xəbərlər
Son Xəbərlər