İlham Əliyev Konservatoriyayla bağlı sərəncam imzaladı

ilham-eliyev-konservatoriyayla-bagli-serencam-imzaladi
Oxunma sayı: 1803


“Qafqazinfo”nun məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Konservatoriyasına bir milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.