İlham Əliyev Latviyaya getdi

ilham-eliyev-latviyaya-getdi
Oxunma sayı: 646

Prezident İlham Əliyev iyulun 16-da Latviya Respublikasına rəsmi səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın və Latviyanın dövlət bayraqlarının dalğalandığı Riqanın beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Latviya Prezidenti Ofisinin rəhbəri Arnis Salnajs və digər rəsmi şəxslər qarşılayıblar.