İlham Əliyev lisenziya ilə bağlı qaydaları təsdiqlədi

ilham-eliyev-lisenziya-ile-bagli-qaydalari-tesdiqledi
Oxunma sayı: 1840


“Qafqazinfo”nun məlumatına görə, sənəddə qeyd olunur ki, "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a aşağıdakı məzmunda 2.16-cı bənd əlavə edilir:

"2.16. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına, idxalına və ya satışına lisenziya almış şəxslərin həmin vasitə və maddələrin saxlanılması üçün ayrıca lisenziya alması tələb olunmur. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına, idxalına və ya satışına verilən lisenziyada onların saxlanılmasına icazə verildiyi göstərilir.";

1.2. həmin Fərmanla təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"nə aşağıdakı məzmunda 59 cu hissə əlavə edilir:

 
 

“59.
 Qeyri-dövlət fitosanitar xidmətləri, o cümlədən bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin:
Azərbaycan Respublikasının
Kənd  Təsərrüfatı Nazirliyi
 
 

59.1.
istehsalı
 
2000
 

59.2.
idxalı
 
1000
 

59.3.
satışı
 
500
 

59.4.
saxlanılması
 
200”

Sənəddə qeyd olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Fərmanın 1.2-ci bəndində göstərilən fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtləri bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli vəbu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versi tapşırılıb.