İlham Əliyev Liseyə baş çəkdi

ilham-eliyev-liseye-bas-cekdi
Oxunma sayı: 4757


Prezident İlham Əliyev Bakının Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə görülən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. Liseydə 43 otaq var. Onlardan 24-ü sinif otağı, digərləri isə fənn kabinetləri və laboratoriyalardır. İdman zalı da müasir səviyyədə qurulan təhsil ocağının həyətində geniş abadlıq və quruculuq işləri görülüb. İlham Əliyev siniflərdə yaradılan şəraitlə tanış olub.

Qeyd olunub ki, liseydə tədris ikinövbəlidir. Təhsil ocağına qəbul beşinci sinifdən aparılır. Burada Azərbaycan və rus bölmələrində 1077 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 91 müəllim məşğul olur. Texniki-Humanitar Lisey 2008-ci və 2014-cü illərdə ilin ən yaxşı məktəbi seçilib. 2014-2015-ci tədris ilində liseyi bitirən 112 məzunun hamısı ali məktəblərə qəbul olunub. Onlardan 17-si 600-dən yuxarı bal toplayıb.