İlham Əliyev London meri ilə görüşüb

ilham-eliyev-london-meri-ile-gorusub
Oxunma sayı: 767


“Qafqazinfo” AzerTac-a istinadən xəbər verir ki, London şəhərinin Lord meri Alderman Alan Yarrou ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyib. O, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin önəmini qeyd edib. Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransında iştirak edəcəyini bildirən Alderman Alan Yarrou tədbirdə ölkəsinin Baş naziri adından çıxış edəcəyini vurğulayıb. .

Prezident İlham Əliyev Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransının artıq ənənəvi olaraq hər il keçirildiyini və tədbirə marağın ildən-ilə artdığını məmnunluqla qeyd edərək Böyük Britaniya Baş nazirinin sərgi və konfransa göstərdiyi diqqəti yüksək qiymətləndirib. 

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində bp-nin xüsusi rolu vurğulanıb və əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb.