İlham Əliyev “McKinsey&Сompany” şirkətinin rəhbəri ilə görüşdü

ilham-eliyev-mckinseyompany-sirketinin-rehberi-ile-gorusdu
Oxunma sayı: 638


“Qafqazinfo”nun məlumatına görə, ABŞ-ın qlobal layihələrinin idarəçiliyi üzrə tanınmış konsaltinq şirkəti “McKinsey&Сompany”nin rəhbəri prezident İlham Əliyevlə görüşündə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində mühüm layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Son vaxtlar Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün yaradılmış şəraitin ölkəmizdə bu sahədə layihələrin həyata keçirilməsində xarici investorların diqqətini cəlb etdiyini vurğulayıb.

Azərbaycan prezidenti informasiya-kommunikasiya texnologiyalarının genişləndirilməsində elm və təhsil sahələrinin inkişafının da vacib olduğunu və ölkəmizdə bu işə diqqətin artdığını qeyd edib. Azərbaycan dünyanın bu sahədə tanınmış müxtəlif şirkətləri ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayıb.