İlham Əliyev məktub göndərdi

ilham-eliyev-mektub-gonderdi
Oxunma sayı: 902


“Qafqazinfo” xəbər verir ki, təbrikdə deyilir: "Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Küveyt əlaqələrinin, ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Küveyt xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".