Azərbaycan millisinin güləşçisi Mariya Stadnik (48 kq) Ukrayna mətbuatına müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni ixtisarla təqdim edir:
- Azərbaycan bayrağına nə qədər alışmısız?
- Mən əsas görüşlərimi Azərbaycan üçün keçirmişəm. Düzünü desək, Ukrayna millisində güləşdiyimin necə olduğunu xatırlamıram. Zarafat edirəm və əlbəttə hər şeyi xatırlayıram. Azərbaycan sayəsində özümü idmançı kimi sübut etdim. Ukraynada elə şərait yaranmışdı ki, məni yığmaya buraxmırdılar. Mənə deyirdilər ki, gözlə-gözlə, məqş elə şans yaranacaq. Mən isə gözləyə-gözləyə iki uşaq dünyaya gətirmişdim. İdman həyatı qısadır. Ona görə də seçim etməliydim. Mən də Azərbaycanı seçdim.
- Ukraynada tez-tez olursunuz?
- Daha çox Ukraynanın Lvov şəhərində oluram. Burada ailəm, uşaqlarım var. Azərbaycanda güləş yenidir. Yəni hər kəs bilir ki, qadın güləşi nə deməkdir. Müsəlman adət-ənənələrinə baxmayaraq mənim sayəmdə insanlar qızlarını güləşə qoyur. Bu ölkəyə medallar qazandırdım. Azərbaycanın Anjelina Colisi oldum.
- Gimnast Oleq Stepko haqqında fikirləriniz maraqlıdır...
- Oleqlə bağlı maraqlı xatirə danışacam. Avropa Oyunlarından sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüşmüşdük. Orda da Oleq zarafatlarından qalmırdı. Ona deyirdim ki, belə etmə, biabır olacağıq.
- Azərbaycan prezidenti sizə nə dedi?
- O, məndən 2016-cı il Olimpiya oyunlarında qızıl medal qazanmağı gözləyir. Mənə demişdi ki, səni 2008-ci ildə Pekində keçirilən Olimpiya oyunlarından izləyirəm.
- Azərbaycan himnini bilirsiz?
- Mən demişdim ki, Avropa Oyunlarında qalib gəlsəm, himni oxuyacam. Sözləri mənə kiril əlifbası ilə yazdılar. Sonra himni oxudum. Düşünürəm ki, bunu eşidən azərbaycanlılar mənə güldülər.
- Bakıda eviniz var?
- Pekin Olimpiadasından sonra mənə ev bağışladılar. Həmin evi təmir etmişdilər. Ailəmlə orda yaşayıram.
- Azərbaycan mətbəxini sevirsiz?
- Bu ölkənin mətbəxini bəyənirəm. Xüsusən, şirin plovu sevirəm.
Son xəbərlər
Son Xəbərlər