İlham Əliyev müəssisəni işə saldı

ilham-eliyev-muessiseni-ise-saldi
Oxunma sayı: 652

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov yeni müəssisədə yaradılan şərait və istehsal prosesi barədə prezidentə məlumat verib. Bildirilib ki, müəssisədə gövdə-qaynaq, mexaniki emal, metaləritmə, çilingər, ağac emalı, elektrikquraşdırma və gəmilərin təmiri ilə bağlı ayrı-ayrı sahələrdə lazımi işləri aparmaq üçün ən müasir dəzgahlar, avadanlıq və ləvazimatlar alınaraq quraşdırılıb.
Prezident İlham Əliyev düyməni basaraq müəssisəni işə salıb.

Dövlət başçısı müəssisənin ayrı-ayrı sexlərində olub. Prezident İlham Əliyev “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyinin ayrı-ayrı sahələrini gəzib, yaradılan şəraitlə yaxından tanış olub.