İlham Əliyev neft nazirini qəbul etdi

ilham-eliyev-neft-nazirini-qebul-etdi
Oxunma sayı: 817


“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı ölkələr arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı enerji sahəsində əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsinin zəruriliyini vurğulayıb.

Ölkəsinin Azərbaycan ilə dost münasibətdə olduğunu deyən İraqın neft naziri Adil Əbdülmehdi əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən neft-qaz və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.

Görüşdə bu gün Azərbaycanın Energetika Nazirliyi ilə İraqın Neft Nazirliyi arasında imzalanan memorandumun energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmi qeyd olunub.