İlham Əliyev Niderlanda getdi

ilham-eliyev-niderlanda-getdi
Oxunma sayı: 1878


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Niderlanda səfəri başlayıb. Dövlət başçısı Haaqa şəhərində keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edəcək. 

İ.Əliyev martın 23-də Niderland Krallığına işgüzar səfərə gəlib. 

III nüvə təhlükəsizliyi sammiti martın 24-25-də Haaqada keçiriləcək. Azərbaycanın da iştirak edəcəyi sammitdə 5000 nümayəndənin, o cümlədən 58 ölkə liderinin iştirakı gözlənilir. 

“Qafqazinfo” xəbər verir ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bir necə gün öncə Twitter səhifəsində Azərbaycan və Ermənistan prezidentlərinin, həmçinin xarici işlər nazirlərinin adıçəkilən şəhərdə görüşünün baş tutacağını yazmışdı. 

O bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri və XİN rəhbərləri arasında görüş 23-25 martda Haaqada, Nüvə Təhlükəsizliyi Sammitində baş tutması gözlənilir. 

Sammitdə 50-dən ölkə nümayəndələri iştirak edəcək.