Prezident İlham Əliyev Vasif Babazadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasən Azərbaycan Respublikasında geologiya elminin inkişafında böyük xidmətlərinə görə Vasif Məmməd Ağa oğlu Babazadə “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, V.Babazadə geologiya-minerologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının üzvüdür.
Elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının “Əməkdar Elm xadimi” fəxri adına layiq görülüb.
Son xəbərlər
Son Xəbərlər