Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin «Azərbaycan» qəzetinə yazdığı məqalə belə adlanır. O, prezidentin Münhen konfransındakı çıxışından yazır: «Prezident İlham Əliyev təcavüzkara başa saldı ki, nə qədər bizim torpaqlarda qalacaqsınız, o qədər çox itki verəcəksiniz. Bu kəskin cavab həm də antiazərbaycançı şəbəkəyə, Azərbaycanın sosial-iqtisadi inkişafını gözü götürməyən, ölkədəki ictimai-siyasi sabitliyin pozulmasına çalışan bəzi beynəlxalq təşkilatlara mesaj idi. Dövlət başçısı həmin üzdəniraq qüvvələrə çatdırdı ki, heç bir beynəlxalq qurum Azərbaycana nəyisə diktə edə bilməz».
Deputatın qənaətincə, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması daha çox Ermənistana sərf etmir: «Çünki iqtisadi cəhətdən tənəzzülə uğrayan, böhran içində boğulan bu ölkədir. Azərbaycan isə günü-gündən bütün sahələrdə inkişaf etməkdə davam edir... Dəfələrlə Azərbaycandan geri qalan Ermənistan üçün sülh yolu çıxış yoludur».
Son xəbərlər
Son Xəbərlər