Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın növbəti görüşünün yeri və tarixi açıqlanıb.
XİN-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.
Son xəbərlər
Son Xəbərlər