İlham Əliyev Putinə başsağlığı verdi

ilham-eliyev-putine-bassagligi-verdi
Oxunma sayı: 2695

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, İ. Əliyev başsağlığı məktubunda Rostov-Don aeroportunda “Boeing 737-800” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbərdən kədərləndiyini bildirib.

Əliyev Azərbaycan xalqı adından və şəxsən öz adından Putinə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verib.