İlham Əliyev Putinə başsağlığı verdi

İlham Əliyev Putinə başsağlığı verdi
Oxunma sayı: 3236

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.

Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında fövqəladə hadisə nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm, zərərçəkənlərin hamısının tezliklə sağalmalarını arzu edirəm".