Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitində iştirak etmək üçün Qazaxıstana səfər edən prezident İlham Əliyev həmkarı Nursultan Nazarbayevlə görüşüb.
“Qafqazinfo” Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, İlham Əliyev Qazax xanlığının 550 illiyi ilə bağlı təşkil edilən tədbirə qatılıb. Nazarbayev yubiley münasibəti ilə xalqı təbrik edib və tədbirdə iştirak edən qonaqları salamlayıb. Qeyd edək ki, qonaqlar arasında Azərbaycan prezidenti ilə yanaşı, Qırğızıstanın dövlət başçısı Almazbek Atambayev də var.
Günün ikinci yarısı isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitinə start veriləcək.


Son xəbərlər
Son Xəbərlər