İlham Əliyev Romadadır

ilham-eliyev-romadadir
Oxunma sayı: 674

Məlumatı Prezidentin rəsmi saytı yayıb. Görüşdə Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olundu, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləməsinin önəmi qeyd edildi, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanaraq bu potensialın reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də onun üçün ayrılmış iqamətgahda İtaliyanın "Edison" Şirkətinin baş icraçı direktoru Bruno Leskörü qəbul edib. Görüşdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "Edison" şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı, Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri layihəsinin həyata keçirilməsi perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.
İlham Əliyev həmin gün onun üçün ayrılmış iqamətgahda neft-qaz və neft-kimya sənayesi üçün mühəndis və texnoloji avadanlıq istehsal edən Technip-İtaly (Teknip İtaliya) şirkətinin baş icraçı direktoru Marko Villanı qəbul etmişdir.

Görüşdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Technip-İtaly şirkəti arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Foto - Azərbaycan Prezidentinin rəsmi saytı