"Qafqazinfo"nun məlumatına görə, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ticarət dövriyyəsinin artırılmasının önəmi qeyd edilib, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin Azərbaycana səfərinin hər iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə edilməsi üçün yaxşı imkan yaratdığı bildirilib. İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.