İlham Əliyev rüsumdan azad etdi - - Qanun

ilham-eliyev-rusumdan-azad-etdi-
Oxunma sayı: 5903


Prezident İlham Əliyev “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sənədə əsasən, ödənilən hər hansı kompensasiyaya görə heç bir rüsum və ya dövlətin xeyrinə alınan hər hansı digər ödəniş (vergi istisna olmaqla) tutulmur.

Bu qanuna əsasən, ödənilən hər hansı kompensasiyaya görə vergidən azad edilmə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyənləşdiriləcək.