İlham Əliyev sərəncam verdi

ilham-eliyev-serencam-verdi
Oxunma sayı: 719

Prezident İlham Əliyev Xızrı Şıxsəidovu mükafatlandırıb.

“Qafqazinfo”nun məlumatına görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin Azərbaycan və Dağıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Xızrı İsayeviç Şıxsəidov “Dostluq” ordeni ilə təltif edilsin”.