İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul etdi - Fotolar

ilham-eliyev-simali-kipr-turk-respublikasinin-prezidentini-qebul-etdi
Oxunma sayı: 1506

Prezident İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.

"Qafqazinfo" xəbər verir k, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

***

Görüşdə Türk dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının Türkiyədə keçirilməsinin önəmi vurğulandı. Bu mötəbər beynəlxalq idman tədbirinin Bakıda da yüksək səviyyədə təşkil olunduğu məmnunluqla qeyd edildi.

Söhbət zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunuldu.