İlham Əliyev Sirisenaya məktub göndərdi

ilham-eliyev-sirisenaya-mektub-gonderdi
Oxunma sayı: 1417

Prezident İlham Əliyev Şri-Lankanın prezidenti Maytripala Sirisenaya təbrik məktubu göndərib.

“Qafqazinfo” xəbər verir ki, məktubda aşağıdakılar qeyd edilib:

“Hörmətli cənab Prezident,

Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına əmin-amanlıq və rifah diləyirəm”.