İlham Əliyev tarixi abidə ilə bağlı tapşırıq verdi

ilham-eliyev-tarixi-abide-ile-bagli-tapsiriq-verdi
Oxunma sayı: 2021

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya mərkəzdə görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, bu binada Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. Ölkə əhəmiyyətli memarlıq abidəsi XVIII əsrə aiddir. Dövlət başçısı görüləcək işlərlə bağlı tapşırıqlarını verib.