İlham Əliyev tunisli həmkarını təbrik etdi

ilham-eliyev-tunisli-hemkarini-tebrik-etdi
Oxunma sayı: 1298

Prezident İlham Əliyev Tunis Prezidenti Kays Sayidə təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Tunis dostluq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına əmin-amanlıq və rifah diləyirəm”.